Əlaqə Arxiv
news Image
2014.11.08
12:07
| A A A
İtaliya portalı: Ermənistan Azərbaycandan çox geridə qalır

İtaliyanın "Notizie Geopolitiche" xəbər portalında Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Azərbaycana səfəri kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təhlil olunduğu məqalə yerləşdirilib.

Movqe.az-ın AzərTaca istinadən verdiyi məlumata görə, nəqalədə bildirilir ki, səfər çərçivəsində keçirilən görüşlərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Münaqişə ilə bağlı fikirlərini bölüşən müəllif qeyd edir ki, bu problem regionun təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərir. Azərbaycanı və Ermənistanı iqtisadi inkişaf göstəricilərinə görə müqayisə edən müəllif bildirir:

"Azərbaycanda sürətli inkişaf prosesi müşahidə olunmaqdadır. Ermənistanda isə bu göstəricilər Azərbaycandan dəfələrlə aşağıdır".

Yazıda qeyd edilir ki, Avropanın Cənubi Qafqaz regionunda sabitliyin bərpa olunmasına daha çox maraq göstərməsinin əsas səbəblərindən biri də Azərbaycan qazını bu qitəyə daşıyacaq TAP layihəsi ilə bağlıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qitəni Azərbaycanın enerji ehtiyatları ilə təmin edəcək layihələrin çox böyük önəmi var.

Sizin Reklam Yeriniz