Əlaqə Arxiv
news Image
2014.11.08
21:00
| A A A
Bakı yol polisindən sürücülərə müraciət
Movqe.az Trend-ə istinadən xəbər verir ki , Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantıVaqif Əsədov  bildirib ki, Bakıda tıxacların yaranması paytaxtın mərkəzi küçə və prospektlərində aparılan əsaslı təmir işləri ilə bağlıdır.

Bu məqsədlə Bakı yol polisi müraciət edib ki, şənbə və bazar günü, o cümlədən Dövlət Bayraq Günü ilə bağlı noyabrın 10-nun qeyri-iş günü olmasını nəzərə alaraq sürücülər maksimum dərəcədə şəxsi avtomobillərindən az istifadə etsinlər: "Bu günlər ərzində Bakının mərkəzi yollarında əsaslı təmir işlərinin aparılması, kommunikasiya xətlərinin dəyişdirilməsi, yeni asfalt-beton örtüyünün salınması işi surətləndiriləcək. Sürücülərə də bu işlərin sürətlə aparılması üçün avtomobillərindən imkan daxilində istifadə etməmələri tövsiyə edilir".
Sizin Reklam Yeriniz