Ermənilər 37 dəfə atəşkəs rejimini pozublar
Erməni silahlıları cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Movqe.az-ın Müdafiə Nazirliyinin rəsmi
saytına istinadən məlumatına görə, erməni silahlı bölmələri
Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində
yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən
mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Qızıl Oba, Nəmirli, Ağdam rayonunun
Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli
kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.