Əlaqə Arxiv
news Image
2014.11.08
16:07
| A A A
Masallıda XX ənənəvi Respublika turniri davam edir

6 - 8 noyabr 2014-cü il tarixlədə Masallı Olimpiya Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilarçılıqı ilə Azərbaycanın əməkdar məşqçısı , yunan-roma güləşi üzrə idman ustası mərhum Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş Yunan-roma güləşi üzrə yeniyetmələr arasında XX-ənənəvi Respublika turniri keçirilmişdir

Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq əvvəlcə bütün idmançılara bu turnirdə uğurlar arzulamış və Ölkə prezidenti cənab İlham Əliyevin İdmana göstərdiyi diqqət və qayğıdan danışaraq bildirdi ki,Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan idmanının inkişafında xidmətləri olmuş Nadir Yaqub oğlu Ağayevin xatirəsini yad etmək, yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyinə nail olmaq, yarışın nəticələrinə əsasən yeniyetmə güləşçilər arasından perspektivli idmançıları aşkar etməkdir.

Tədbirdə İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı çıxış edərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun adından əvvəlcə tədbir iştrakçılarını salamladı sonra bildirdi ki, Masallıda belə mötəbər yarışların keçirilməsi sevindirici haldır. Ölkəmizdə idman infrastrukturu təkmilləşdirilir, bütün bunlar dövlətimizin başçısı, cənab prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi idmana olan diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Hazırda ölkəmizdə idman sürətlə inkişaf edir, maddi-texniki baza möhkəmlənir.Ölkə prezidentinin İdmana göstərdiyi diqqət və qayğısından danışaraq idmançılara uğurlar diləmişdir.

Daha sonra Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov, Azərbaycan Gülış Federasiyasının vitse Prezidenti "şöhrət" ordenli Elçin Cəfərov çıxış edərək yüksək təşkilatçılığa görə öz minnətdarlığlarını bildirmişlər. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq,idmaçılara uğurlar diləmişlər.

Dövlət himni səsləndikdən sonra turnir açıq elan edilib.


Xatırladaq ki,
XX dəfə keçirilən ənənəvi Respublika turnirdə 1998-1999-cu il təvəllüdlü yeniyetmə yunan-Roma güləşçiləri 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində mübarizə aparmışlar.16 rayondan 200-ə yaxın idmançının iştrak etdiyi turnir, olduqca gərgin, maraqlı və mübarizə şəraitində keçirilmişdir . Sonda qalib gəlmiş idmançılara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom medal və sponsor tərəfindən isə pul mükafatı ilə mkafatlandırılmışlar.

Sizin Reklam Yeriniz