Evi xilas etdilər, onlara növbə çatmadı
Bu gün səhər saatlarında Tovuzun Aşağı Quşçu kəndində güclü yanğın
hadisəsi baş verib.
Movqe.Az ELTV-yə istinadən bildirir ki, yanğın kənd sakiniXanlar Əkbərova məxsus, ümumi sahəsi 20 kv.m olan tövlədə qeydə alınıb. Dərhal hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin avtomobil və canlı qüvvəsi cəlb olunub. Alovu ram edən yanğınsöndürənlər ot tayası və yaşayış mənzilini yanğından mühafizə ediblər. Yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu mal-qara tüstüdən boğularaq tələf olub. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.