Əlaqə Arxiv
news Image
2014.11.09
17:09
| A A A
İspaniyada dəhşətli avtobus qəzası: 11 ölü
İspaniyanın Syesa şəhərində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər ölüb.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın El Mondo nəşri məlumat yayıb.

Məlumata görə, paytaxt Madriddən hərəkət edən turist avtobusu yoldan çıxaraq aşıb. Nəticədə onlarla insan ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hazırda ölən və xəsarət alan şəxslərin sayı dəqiqləşdirilir, həmçinin qəzanın səbəbləri müəyyənləşdirilir.

Sizin Reklam Yeriniz