Mağazalarda saxlama müddəti ötmüş mallar satılır
İqtisadiyyat və Sənaye Nazirliyi yanında
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı Səbail, Binəqədi,
Sumqayıt, Gəncə, Şirvan, Biləsuvar, Şabran, Xaçmaz, Şəki və Qaxda
mağazalarda saxlama müddəti ötmüş malların satıldığı
aşkarlanıb.
Movqe.az xəbər verir ki , Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, istifadə müddəti ötmüş, keyfiyyətsiz mallar satışdan çıxarılaraq məhv edilib. İstehlakçılar belə hallarla rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.