Movqe.az-ın APA-ya istinadən məlumatına görə, M. Seyidovu
şəxsi heyətə daxili işlər naziri, general-polkovnikRamil
Usubovtəqdim edib. Nazir paytaxt polisinin yeni rəisinə
uğurlar arzulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri,
general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı
Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq
Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin
Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad
olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.
Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil
Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin
olunub.