Əlaqə Arxiv
news Image
2014.11.10
20:14
| A A A
Azərbaycanda avtobus qəzası, yaralılar var
Qazaxda biri avtobus olmaqla 3 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Movqe.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə zamanı Türkiyə vətəndaşıYılmaz Toprağın idarə etdiyi sərnişin avtobusuSüleyman Cəfərovun idarə etdiyi "Niva" ilə toqquşub. Qəza nəticəsində avtobus yol kənarında hərəkətsiz dayanan,Tahir İsmayılovun sahibi olduğu "VAZ 2107"yə dəyərək onu dərəyə yuvarlayıb.

Hadisə zamanı "Niva"nın sürücüsü Süleyman Cəfərov və onun sərnişiniRamin Qasımovmüxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika mərkəzinə çatdırılıblar.

Xəstəxanadan bildirilib ki, hər iki yaralının vəziyyəti kafidir. Hadisə şahidlərinin sözlərinə görə, baş verən zəncirvari qəzaya "Niva"nın sürətlə idarə olunması və sərnişin daşıyan avtobusun qarşısına çıxması səbəb olub.

Faktla bağlı BDYP də araşdırma aparılır.
Sizin Reklam Yeriniz