Əlaqə Arxiv
news Image
2014.11.11
09:58
| A A A
«O məni Əli Kərimliyə dəyişdi…»

Bir balıncım var mənim. Güllü –duvaxlı. Bəzəkli-buxaqlı…Ölürəm o balınc üçün. Gerçəkdən.

Parçası cırılar, parçasın dəyişərəm, yunu avazıyar-yununa əl gəzdirərəm, dəyirmi görkəmini itirib sosiskaya bənzər, qamətini düzəldərəm. Əlqərəz, hər şey edərəm. Fəqət, bir tək atmaram onu. Atmaram ki, atmaram. Canımı da alsalar atmaram.

8 ildir mənimlədir. Gecələr həmsöhbətimdir- gözəl balıncım. Hamı yatar, o dinlər. Hələ dinləyə-dinləyə üzümü də, köksümü də sərinlədər. Ən dözülməz halımla belə məni qəbul edər, bağrına basar, nazımı çəkər…

Başına oyun açıram onun. Gündə ən az yüz kərə ora-bura fırlamasam, çək-çevir eləməsəm, yazığı yumağa döndərməsəm rahatlaşmaram. Nə də yatmaram. Mənim də gücüm ona çatır. Mənim də ərkim onadır. Amma…insafsızca, sadistcə, manyakca…

Hər şeyi danışıram balıncıma. Heç gizlinim yoxdur. Danışıram ona — məni incidənləri, yaşantılarımı, üzüntülərimi. Danışıram ona — qarşımı kəsənləri, riyakarları, naqisləri…

Eboladan tutmuş radikal müxalifətin 9 noyabr mitinqinə qədər hər şeydən məlumatlıdır. Elarizi belə dinləyir, Rəqsanəni belə tanıyır. Çünki, televizora onun üzərindən baxıram, "notbuk"u onun üzərindən internetə kökləyirəm…

Amma bir şoğərib qüruru var balıncımın. Beyni çöndüsə çönər. Məsələn, o gün baxam ki, yoxdur. Qeybə çəkilib. Ha illah edirəm tapammıram. Bir də görəm nə? "Komp"u açıq qoyub getmişəm. Bu da dinməz-söylənməz Təranə Qumralla Nazəninin deyişməsini izləyib. Sonra da abrına bükülüb, utandığından girib krovatın altına…

Hələ dünən, müxalifətdə bir pirpizsaç vəkil var – "Azadlıq"qəzetində şəkli çıxıb, onu göstərmişəm balıncıma. Deyirəm, bunlardan üçünü qırxsan səni əmələ gətirmək olar…Odu-budu küsüb məndən. Danişdırmir. Ki, niyə məni öz səviyyəmdə olan "qu"larla deyil, "qa"larla müqayisə etmisən. Payyatonnan. Böyük iş olub.

O günsə əmllicə dalaşdıq. Yenə siyasi mövzuda. Acıladım hətta. Çarəm yoxuydu. Əlqərəz, söhbəti uzatmayım: handan-hana bilmişəm ki, bu güllü-duvaxlı balınc demə mənimlə bərabər Əli Kərimliyə də işləyirmiş. Eyni anda…Canım üçün yalan söhbət deyil. Qəzet də yazıb. Öz gözlərimlə gördüm. Oxudum. Hətta bir cümlə dəqiq xatirimdədir: "AXCP sədri Əli Kərimli ətrafındakı gənclərin başının altına yastıq qoyaraq onları növbəti fəlakətlərə sürükləyir"

Sonra deyirlər əsəbləşmə. Bəs neyləyim?

Və ya balinc söhbəti lap tutaq olsun sarkazm, ritorika, guya siyasətdə üzə gülüb daldada onun-bunun altından çıxanlar azmıdır….?!

Sizin Reklam Yeriniz