Əlaqə Arxiv
news Image
2014.11.11
13:16
| A A A
Azərbaycanda son günlər müşahidə edilən temperatur iqlim normasına uyğundurmu?

Azərbaycanda son günlər hökm sürən və yaxın günlərdə də müşahidə ediləcək temperatur iqlim normasına uyğundur. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.


A.Verdiyev deyib ki, yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Həmin müddətdə Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 14-18 dərəcə isti olacaq.


Bakıda və Abşeron yarımadasında noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, Lənkəran-Astara rayonlarında az yağış yağması ehtimalı var. Mülayim şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz