Əlaqə Arxiv
news Image
2014.11.11
14:25
| A A A
TQDK-ya qarşı Facebook-da təxribat

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ictimaiyyətə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, aparılan araşdırmalar göstərir ki, "Facebook" sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir. Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir. Nəzərə çatdırılıb ki, TQDK-nın bu səhifədən (https://www.facebook.com/eTQDK?fref=ts) başqa heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir: "Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebbok səhifələrindən istifadə etməyəsiniz". 


Sizin Reklam Yeriniz