Əlaqə Arxiv
news Image
2014.11.11
19:07
| A A A
12 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən movqe.az-a verilən məlumatına görə Bakıda və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-11, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə və axşam 80-90, gündüz 65-75 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında isə noyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında isə az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.














Sizin Reklam Yeriniz