Əlaqə Arxiv
news Image
2014.11.11
17:09
| A A A
Putinin centilmenliyi Çini təlaşlandırdı

Rusiya Prezidenti Vladimir Putinin, bir vaxtlar Almaniya Baş naziri Angela Merkelə sərgilədiyi incə davranışı Çin lideri Şi Cinpingin həyat yoldaşı Peng Liyuana təkrarlaması  Çində gündəm mövzusuna çevrilib.

 

Movqe.az xəbər verir ki, Asiya Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) zirvəsi açılışı səbəbilə olimpiada stadionunda dünən axşam atəşfəşanlıq olub. 21 ölkədən zirvəyə qatılan lider və yoldaşları protokola görə yerlərini alıb. Rusiya Dövlət Başçısı Putinə təsadüfən Çin lideri Jinpingin həyat yoldaşı Liyuanın yanındakı kürsü ayrılmışdı.


Qonaqlar yerlərinə oturduqdan qısa bir müddət sonra havanın sərin olduğunu görən Putin, yerindən atılaraq Peng Liyuanın kürəyinə ədyal uzadıb.


 


Putinin bu davranışını rədd etməyən Liyuan, ədyalı qəbul etsə də bir qədər sonra arxasında dayanan Çin protokol işçilərinin uzatdığı pencəyi geyinçəyi üstün tutub.



Sizin Reklam Yeriniz