Əlaqə Arxiv
news Image
2014.11.11
16:15
| A A A
Rusiyada ilk eynicinsli evliliyi oldu
Eynicinsli nikahın qadağan olduğu Rusiyada bir ilk yaşanıb. 


"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada əks-səda yaradan ilk homoseksual evlilik  noyabrın 7-də Sankt Peterburqda reallaşıb. Eynicinsli cütlük evliliklərinin sevincini yaşayarkən dövlət evliliyi etibarsız saymağın yollarını axtarmağa başlayıb.

 Nikahı həyata keçirən məsul şəxslər isə cütlük tərəfindən aldadıldıqlarnı bildiriblər:

"Denis Şumilova müraciət ərizəsini bizə verərkən kişi libasında idi. Şəxsiyyətində kişi olduğu bildirilən bu adamın Alyona Fursova ilə evlənməsində biz heç bir problem görmədik. Ərizəni qeydə aldıq  və imza gününü  noyabr 7-nə təyin etdik. Gözlənilən gün gəlib çatdığında da evləndirmə dairəsinə  iki gəlin gəldi. Yarım saata qədər  müzakirə apardıq, lakin paltarla əlaqədar qanunlarda heç bir tənzimləyici maddə olmadığı üçün evliliyi qeydə almaq məcburiyyətində qaldıq". 

Qeyd edək ki, kişi olaraq dünyaya gələn İrina Şumilova daha sonra cinsini dəyişib.

Sizin Reklam Yeriniz