Əlaqə Arxiv
news Image
2014.11.11
17:02
| A A A
Ermənistan Milli Konqresinin deputatı: "Dağlıq Qarabağı tanımaq Ermənistanın danışıqlardan çıxması deməkdir"

Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı qurumun müstəqil dövlət kimi tanınması məsələsi yenidən Ermənistan parlamentində müzakirə olunub. Movqe.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, "İrs" Partiyasının bu məsələ ilə bağlı hazırladığı qanun layihəsini iclas zalında deputat Zarui Postancyan təqdim edib.

Bu təşəbbüs deputatlar arasında ciddi fikir ayrılıqları və mübahisələrə səbəb olub. Ermənistan Milli Konqresinin parlament fraksiyasının sədri Levon Zurabyan bildirib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması vaxtından əvvəl atılmış addım olardı. O deyib ki, bu, Ermənistanın danışıqlardan birtərəfli çıxması mənasına gələ bilər: "Bu isə danışıqları poza, Ermənistanın təcridinə gətirib çıxara bilər və hərbi əməliyyatların bərpası təhlükəsini artırar".

L. Zurabyan əlavə edib ki, Dağlıq Qarabağın möhkəmlənməsi iqtisadi resursların yaradılması ilə mümkündür.

Sizin Reklam Yeriniz