Əlaqə Arxiv
news Image
2014.11.11
17:15
| A A A
Azərbaycanın daha bir rayonunda təhlükəli virus qeydə alınıb

Lənkəranda 7 baş heyvanda nodulyar dermatit virus xəstəliyi aşkar olunub. Bu barədə Movqe.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən(DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Y. Xanvəli bildirib ki, ölkənin 35 rayonunda heyvanlar arasında bu xəstəliyə yoluxma halı qeydə alınıb: "Bu günə qədər 5170 baş heyvanda həmin xəstəliyin əlamətləri görünüb, 4614 baş heyvan tam sağalıb. Hazırda 357 baş heyvan müalicə altındadır. Lakin 253 baş heyvan nodulyar dermatit virus xəstəliyindən tələf olub. Eyni zamanda, 2 gün bundan əvvəl Lənkəranda 7 baş heyvanda da bu xəstəlik qeydə alınıb. Digər rayonlarda isə xəstəliyin qeydə alınması yekunlaşmaq üzrədir. Güman edirik ki, dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirləri, eləcə də havaların sərinləşməsi xəstəliyin azalmasına gətirib çıxaracaq".

Sizin Reklam Yeriniz