Əlaqə Arxiv
news Image
2014.11.11
19:28
| A A A
MDB ölkələrinin orduları arasında çempionat keçiriləcək

2015-ci ildə MDB ölkələrinin orduları arasında Qələbənin 70 illiyinə həsr olunmuş hərbi çempionat keçiriləcək.Movqe.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu MDB Müdafiə nazirlərinin 67-ci iclasının nəticələrindən danışarkən bildirib. "2015-ci il iyul ayında ilk dəfə olaraq MDB orduları arasında Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi-idman oyunlarının çempionatı keçiriləcək", - Şoyqu bildirib. Onun sözlərinə görə, birgə hazırlıq planı MDB ölkələrinin Müdafiə nazirləri tərəfindən təsdiq olunub.

Sizin Reklam Yeriniz