Əlaqə Arxiv
news Image
2014.11.11
20:03
| A A A
Rusiya növbəti işğalçılığa start verdi - Latviyada

Latviyanın Latqaliya əyalətində bu ərazinin Rusiyaya birləşdirilməsini təbliğ edən fəallar ortaya çıxıb.Movqe.az xəbər verir ki, bunu Kraslav vilayətinin şura sədri Qunars Upenikes Latviyanın "Diena" nəşrinə verdiyi açıqlamasında deyib. "Fəallar evlərə gedərək bukletlər paylayır və Latqaliyanın Rusiyaya birləşməsinin imkanlarından danışırlar. Bizim hərəkatı dayandırmaq imkanlarımız yoxdur. Onlar məktəb və digər ictimai yerlərə gedirlər. Hətta həmin təbliğatçıların tərəfinə keçmək üçün insanlara pul təklif edilir", - Upenikes deyib.

Şura sədri həmçinin bildirib ki, onların qarışmağa ixtiyarları yoxdur, bununla ancaq təhlükəsizlik polisi məşğul olmalıdır. Onun sözlərinə görə, belə təbliğatlar varlı insanlara təsir etmir, amma kasıb insanları böyük qonşunun onları xilas edə biləcəyinə inandırmaq asandır. Təhlükəsizlik polisi təbliğatla bağlı açıqlama verməkdən imtina edib, amma sakinləri Latviyanın ərazi bütövlüyünə yönəlmiş bütün addımlar barədə məlumat verməyə çağırıb.

Sizin Reklam Yeriniz