Əlaqə Arxiv
news Image
2014.11.11
20:33
| A A A
Avropada 33 dil məhv ola bilər

Avropada 33 dilin mövcudluğu təhlükə qarşısındadır. Hətta onlardan 13-ü yaxın müddətdə məhv ola bilər.Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, YUNESKO bu dilləri 2 kateqoriyaya – "yox olan" və "təhlükə altında olan" dillərə ayırır. Birinci kateqoriyaya aid dillərdə yalnız yaşlı nəslin bəzi nümayəndələri danışır. Bu zaman onların övladları bu dili anlamırlar. İkinci kateqoriyaya aid dillərdə isə nadir hallarda olsa da gənclər də danışırlar.

Avropada ən ağır vəziyyətdə olan dil alman dilinin qotşey dialektidir. Qotşey almanları adlanan azsaylı etnik qrupun danışdığı bu dildən daha çox Sloveniyanın Koçevye şəhərində istifadə olunur. Hazırda bu dilin daşıyıcılarının dəqiq sayı məlum deyil.Ukraynanın qərbində isə qaraim dilinin qaliç dialektində danışan cəmi 6 nəfər insan qalıb. Rusiyanın Leninqrad vilayətinin Kinqisep rayonunda yaşayan vod xalqının isə bu dili bilən cəmi 20 nümayəndəsi qalıb. YUNESKO-nun məlumatına görə, Rusiyanın Kol yarımadasında istifadə olunan və saam dillərindəın olan kild dili də təhlükə altındadır. Bu dildə cəmi 787 nəfər danışır. Ümumilikdə, bu siyahıda Fransadan 8, Böyük Britaniyadan 4, İsveçdən 3, Xorvatiya, Bolqarıstan, İtaliya, Yunanıstan, Almaniya, Finlyandiya, Norveç və Latviyadan isə 1 dil yer alıb.

Sizin Reklam Yeriniz