Əlaqə Arxiv
news Image
2014.11.11
20:19
| A A A
İstehlak bazarında monitorinqlər davam etdirilir

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Qaradağ rayonunda

- Ələt qəsəbəsi, Q.Əmirov küçəsində Sahib Şəfiyevə məxsus mağazada;

- Sahil qəsəbəsində Ruslan Əliyevə və Elməddin Kərimova məxsus mağazalarda;

- Lökbatan qəsəbəsi, 6-cı massiv, 22 ünvanında Sevda Əzimovaya məxsus mağazada;

- Qobustan qəsəbəsində Həmzə Hüseynova məxsus mağazada;

Sabunçu rayonunda

- Maştağa qəsəbəsində Vahid Həsənova məxsus mağazada;

Abşeron rayonunda

- Xırdalan şəhəri, 28-ci məhəllədə Həqiqət Həziyevaya məxsus mağazada;

Samux şəhərində

- Kür küçəsində Mahir Hüseynova məxsus mağazada;

Hacıqabul şəhərində

- İ.Qayıbov küçəsində Həmirə Məmmədovaya məxsus mağazada;

Zaqatala şəhərində

- A.Həmidov küçəsində Almaz Məmmədovaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Samux rayonunda

- İnstitut qəsəbəsində Yusif Abışova məxsus mağazada;

Xaçmaz rayonunda

- Yeni Həyat qəsəbəsində Şixkərim Həsənova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur

Sizin Reklam Yeriniz