Türkiyə konsulluğu partladıldı
Koalisiya qüvvələri
Mosula hücum zamanı Türkiyə konsulluğunu hədəfə aldılar. İŞİD
terror qruplaşmasına qarşı mübarizə aparan koalisiya qüvvələrinə
məxsus döyüş təyyarələri Mosula hücum edərkən Türkiyə konsulluğunu
hədəf alıb. Movqe az ANS PRESS-ə istinadən xəbər verir ki,
konsulluqdan başqa Şəriət Məhkəməsi, polis mərkəzi də
partladılıb. Keçən gün səhər saatlarında edilən hücumda xeyli sayda
İŞİD terrorçularının da öldürüldüyü bildirilib.Qeyd edək ki, ABŞ-ın
da iştirak etdiyi koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr
xüsusilə İŞİD-in işğal etdiyi neft quyularını hədəf almaqla
terrorçu qruplaşmanı zəiflətmək niyyətindədir. Bundan başqa, dünən
– noyabrın 11-də kimliyi bilinməyən şəxslər İŞİD-ə aid avtomobilə
hücum edib, avtomobildə olan 3 İŞİD terrorçusunu öldürüb.Xatırladaq
ki, İŞİD terrorçu qruplaşması bir neçə ay əvvəl məhz həmin
konsulluqdakı türk diplomatlarını əsir götürmüşdü. Aralarında körpə
uşaqların da olduğu əsirlər danışıqlardan sonra sərbəst
buraxılmışdı.