Mübariz Qurbanlı kilsəyə getdi
Noyabr ayının 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
təşkilatçılığı ilə Qəbələ şəhərində Beynəlxalq Tolerantlıq Gününə
həsr olunmuş "Azərbaycan – tolerantlığa nümunə ölkə" mövzusunda
dəyirmi masa keçirilib. Movqe az-a daxil olan məlumata görə,
konfransdan sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli
Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar
İbrahimov Qəbələ rayonunun Nic qəsəbəsinə gedərək Çotari
(Alban-Udi) kilsəsində olublar.Alban-Udi xristian icmasının sədri
Robert Mobili qonaqlara icmanın fəaliyyəti, icma tərəfindən görülən
işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, udilərin
kompakt halda yaşadığı Nic qəsəbəsində mütəmadi abadlıq və
quruculuq işləri aparılır.Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
dövlətin din sahəsinə göstərdiyi diqqətdən, Dövlət Komitəsinin
həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, Alban-Udi
dini icmasına bundan sonra da həm hökumət, həm də Dövlət Komitəsi
tərəfindən bütün lazımi dəstək göstəriləcək.