Əlaqə Arxiv
news Image
2014.11.12
17:38
| A A A
CNN kanalının yayımı dayandırılacaq!

Amerika televiziya kanalı CNN International-ın, 31 dekabr 2014-cü ildən etibarən Rusiyadakı kabelli yayımını sona çatdıracağı deyilib.


Rus mətbuatında verilən xəbərlərə görə, CNN International, Rusiyadakı kabelli yayım operatorlarına bəyanat göndərərək, buradakı yayımına 31 dekabrda son verəcəyini bildirib.


Movqe.az xəbər verir ki, CNN-nin bu qərarının arxasında Rusiyada keçən aylarda qüvvəyə minən xarici media quruluşlarıyla əlaqədar qanun olduğu təxmin edilir.


Digər tərəfdən Rusiya Komuniskasiya və Rabitə Xidməti Nazirliyi, CNN-nin qanunlara görə Rusiyada kabelli və ya peyk yayımında hər hansı bir maneə olmadığını açıqlayıb.


Rusiya Dövlət Başçısı Vladimir Putin tərəfindən 15 oktyabrda imzalanan qanunla, Rus media quruluşlarının xarici sahibinin olması qadağan olunmuş və xarici hissədarların payı 20 faizlə məhdudlaşdırılmışdı.

Sizin Reklam Yeriniz