Əlaqə Arxiv
news Image
2014.11.12
17:27
| A A A
Məhkumlara şəxsiyyət vəsiqəsi verildi

Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə 12 noyabr 2014-cü il tarixdə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 və 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib. Movqe.az xəbər verir ki, tədbirdə Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Kadrlar idarəsinin rəisi Zaur Əliyev, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis-mayoru Rəşad Hacıyev və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər. Konstitusiya günü münasibətilə ümumilikdə 1300 məhkuma şəxsiyyət vəsiqəsinin verilməsinin nəzərdə tutulduğu, bu tədbirin gələcəkdə də davam etdiriləcəyi və şəxsiyyətlərini təsdiq sənədi olmayan bütün cəza çəkənlərin şəxsiyyət vəsiqəsi ilə təmin olunacağı bildirilib. Sonda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 130, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 53 məhkuma şəxsiyyət vəsiqəsi təqdim olunub.

Sizin Reklam Yeriniz