Əlaqə Arxiv
news Image
2014.11.13
15:25
| A A A
Stavropol Diyarında “kababçılar” festivalı keçirildi

"VAK-info" saytına istinadən bildiririk ki, bu il noyabr ayının 7-də Şimali Qafqaz Federal Universitetinin "Dostlu evi" çərçivəsində Stavropol xalqlarının II Gənclər festivalında ən "ləzzətli" tədbirlərdən biri olan – kababçılar festivalı keçirildi. Movqe.az xəbər verir ki, yüzlərlə gənc, universitetin meydançasında "Manqallar yarışına" toplanmışdı. Hər kəs dadlı və isti kababdan dadmaq istəyirdi və həm gün heç kim buradan ac getmədi. Bu il universitet öz rekordunu üstələyərək 100 kq mal, qoyun və toyuq əti almışdı.

Ən yaxşı kababçı adı uğrunda müxtəlif universitetlər yarışırdı: jürilər və tamaşaçılar arasında da hər universitetin öz nümayəndələri vardı.

Milli mətbəxin sirlərinə əsasən bastırma edilmiş ətirli kababların və başqa təamların dekustasiyasından əlavə, gənclər, gələn qonaqlar üçün əməlli-başlı tamaşalar da nümayiş etdirdilər. Belə ki, Neft və Qaz universiteti gözəl ləzqinka rəqsi ifa etdi. Hüquq universiteti qədim tostlar söyləyib qafqaz əfsanələri danışdılar. Gələcəyin pedaqoqları çastuşkalar oxudu, Tikinti, Nəqliyyat və Maşınqayırma universitetinin tələbələri isə kazak paltarı geyinərək camaatı duz-çörəklə qarşıladılar. Humanitar universitetin tələbələri öz ehtiraslı tanqo rəqsləri ilə seçildilər.

Gəncləri səlahiyyətli hakimlər: Şimali Qafqaz universitetinin korporativ siyasət və mədəniyyət üzrə prorektoru Nadejda Zaykova, RF və Dağıstan respublikasının əməkdar xadimi Aleksandr Kudryavtsev, SD Millətlər və Kazaklar üzrə iş komitəsinin hüquq üzrə məsləhətçisi Sergey Qupalo, həmin komitənin milli işlər üzrə məsləhətçisi Yelena Şamara, "Moskovskiy komsomolets. Şimali Qafqaz." qəzetinin jurnalisti Aleksandr Yakuşev, ŞQFU tələbələr və aspirantlar komitəsinin sədr müavini Andrey Malev və b. qiymətləndirdi.

Tədbirin təşkilatçılardan və fəxri qonaqlardan biri də, Stavropol Diyarı bölgə şöbəsinin ÜAK sədri Fəxrəddin Sərraf oğlu Tarıyev idi.

Hakimlər hər masaya ayrı-ayrılıqda yaxınlaşıb kababların dadına baxır, onların hazırlanma qaydaları ilə maraqlanır və yaradıcı çıxışları qiymətləndirirdilər.

"Ən yaxşı kababçı" kimi hüquq universitetinin azərbaycanlı tələbəsi - Anar Məmmədov qiymətləndirildi. Təhməz Təhməzovun kabaı isə "Ən yaxşı Qafqaz kababı" adına layiq görüldü. Hər iki tələbə Rusiyanın Azərbaycan Gəncləri Təşkilatının üzvləridir.

İştirakçı gənclərin hər biri diplomla və fəxri adla mükafatlandırıldı.

Tədbir hamının könlüncə oldu: təşkilatçıların da, tamaşaçılarında; gələnlər könülsüz, lakin üzlərində təbəssüm ayrıldılar. ŞQFU isə bir daha əsil "Dostluq evi" olduğunu təsdiq etdi.

Sizin Reklam Yeriniz