Əlaqə Arxiv
news Image
2014.11.13
15:27
| A A A
Noyabr ayının 16-da BMT Baş Assambleyasının təşəbbüsü ilə Beynəlxalq Tolerantlıq günü qeyd olunacaq

Hər il noyabr ayının 16-da BMT Baş Assambleyasının təşəbbüsü ilə Beynəlxalq Tolerantlıq günü qeyd olunur və bu bayram nədənilə də müxtəlif növ tədbirlər təşkil edilir. Movqe.az xəbər verir ki, "VAK-info"da ÜAK-ın müxbiri, Rusiya Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovun məqaləsinə istinadən bildirilir ki, hər il noyabr ayının 16-da BMT Baş Assambleyasının təşəbbüsü ilə Beynəlxalq Tolerantlıq günü qeyd olunur və bu bayram nədənilə də müxtəlif növ tədbirlər təşkil edilir.

1995-ci il noyabrın 16-da UNESKO-nun üzvü olan dövlətlər tolerantlıq prinsipləri haqqında bəyyanəmə qəbul etmişlər. Bu bəyənnaməyə əsasən, bütün insanlar müxtəlif olsalar da, öz hüquq və haqlarına görə bərabərdirlər.Beynəlxalq tolerantlıq gününün qeyd olunması Rusiyada da bir ənənəyə çevrilib. Bu il noyabrın 16-da Sankt-Peterburq Millətlər evi öz qapılarını qonaqların üzünə açacaqdır.Murmansk vilayətinin "Dostluq evi"nin nümayəndələri bu il ilk dəfə olaraq bu bayramda iştirak edəcəklər.Tədbirin əsas məqsədi –millətlərin mədəniyyətinin tanıdılmasına, mürəkkəb qeopolitika şəraitində millətlərarası əlaqələrin səbr və barışıq yolu ilə həll olunmasına çalışmaqdır.Bayram tədbirlərində Sankt-Peterburq milli-mədəni ictimai cəmiyyətlərinin nümayəndələri və Murmanskdan olan qonaqlar iştirak edəcəklər.Şimal-Qərb bölgəsinin təşkilatları ilə mehriban əlaqələrin inkişafı Rusiya xalqlarının yekdilliyinin möhkəmlənməsi uğrunda atılan mühüm addımdır.RF Murmansk vilayətinin İctimai palatasının üzvü və Murmansk vilayəti ÜAK sədri Afil Hüseynovun sözlərinə əsasən, milli-mədəni icitimai cəmiyyətlərin fəaliyyəti, tətbiqi xalq yaradıcılığı ustalıq dərsləri, milli adətlər, dil və mədəniyyətlə tanış olmaq üçün,burayahər il iki minə yaxın insan gəlir.Millətlər evində bu il ilk dəfə olaraq Murmansk vilayətinin özəlliklərindən biri olan - unudumaz koloritli Saam mədəniyyətinümayiş etdiriləcək.

Sizin Reklam Yeriniz