Əlaqə Arxiv
news Image
2014.11.13
17:19
| A A A
RF Murmansk vilayətində döyüş sambosu üzrə yarışlarda həmyerlimiz qalib gəlib

Murmansk vilayətində döyüş sambosu üzrə Kola rayon birinciliyi və rayon çempionatı keçirilib. Movqe. az xəbər verir ki, Zapolyaryenin Kola yarımadasında alman faşist qoşunlarının darmadağın edilməsinin 70 illiyinə həsr olunmuş yarışlarda Murmansk vilayətinin Murmansk, Kola, Qadjiyevo, Polyarnıy, Monçeqorsk, Oleneqorsk və Revda şəhər və qəsəbələrini təmsil edən 80-dən çox idmançı iştirak edib. Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli bölməsinin mətbuat katibi Əlihüseyn Şükürovun AzərTAc-a verdiyi məlumata görə, 65 kq çəki dərəcəsində döyüş sambosu üzrə Kola rayon birinciliyinin və çempionatının qalibi Revda şəhər tipli qəsəbəsində yaşayan həmvətənimiz Ağaxan Ağacanov olub.


Sizin Reklam Yeriniz