Əlaqə Arxiv
news Image
2014.11.13
21:44
| A A A
İqlim problemi ilə bağlı tarixi razılaşma

Çin və Amerika Birləşmiş Ştatları Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏ) sammitində inqilabi razılaşmaya imza atıblar.

Xəzərxəbər Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ prezidenti Barak Obama və Çin lideri Si Tsin Pin iqlimlə bağlı danışıqlar nəticəsində konkret razılığa gəliblər.

Razılaşma çərçivəsində Çin havaya atılan zərərli qazların miqdarını 2030-cu ildən sonra kəskin surətdə aşağı salmağı qarşısına məqsəd qoyub. Vaşinqton isə öz növbəsində 2025-ci ilədək zərərli qazların həcmini 26-28 faiz azaltmaq niyyətini bildirib.

Lakin ABŞ prezidentinin qərarına tənqidlə yanaşan senatdakı respublikaçılar çoxluğunun başçısı bu hədəfin qeyri-real olduğunu deyib.

Bu baxımdan hazırda Pekin razılaşması yalnız siyasi xarakter daşıyır. Ekspertlər isə mövcud tədbirlərin qlobal istiləşmənin sürətinin zəiflədilməsinə kifayət etmədiyini və iqlim dəyişikliklərinin faciəvi nəticələrinin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmasının vacibliyini vurğulayırlar.

Qeyd edək ki, atmosferə atılan zərərli qazların ümumi həcminin 40 faizdən çoxu ABŞ və Çinin payına düşür.

Sizin Reklam Yeriniz