Əlaqə Arxiv
news Image
2014.11.13
17:38
| A A A
Rusiya şirkətləri borc içində boğulur

Putinin yaxın adamı olan "Rusiya Dəmiryolları" dövlət şirkətinin rəhbəri Yakunin deyib ki, Asiya ABŞ maliyyələşməsini əvəz edə bilməz. Movqe.az xəbər verir ki, bu haqda məlumatı "Financial Times" qəzeti yazıb.

Qəzet hesab edir ki, Qərb sanksiyalarından sonra Rusiyanın Çinə yaxınlaşmasına bəslənən ümidlərə kölgə düşür. Yakuninin yenidənqurma işləri aparmaq üçün hazırda onun şirkətinə 60 milyard dollar lazım olduğunu açıqlayıb. Qəzet vurğulayıb ki, Çinin Rusiyanın özəl sektorunu maliyyələşdirəcəyi məsələsində hələ uğurlar çox deyil. Çinin "Exim" bankı Rusiyanın VTB və VEB banklarına 2 milyard dollarlıq, Rosselxozbanka 300 milyon dollarlıq kredit xətti açıb. Çin İnkişaf bankı Rusiyanın Meqafon telekom şirkətinə 500 milyon dollar kredit verməyə razı olub. Bu kreditlərin miqdarı Rusiya şirkətlərinə lazım olan pulla müqayisədə çox deyil. Kreditlərin hamısı Çin avadanlığı almaq şərtilə verilib. Rosneft isə dövlətdən 48 milyard dollar istəyir. Şirkət dekabr və fevral aylarında 14 milyard dollar ödəməlidir. "Financial Times" eyni mövzuda başqa bir məqaləsinə yazıb ki, Rusiya şirkətlərinin öz-özlərini maliyyələşdirməkdə çətinliyi davam edəcək. Rusiya şirkətlərinin borcu isə son 10 ildə şişərək 100 milyard dollardan 660 milyard dollara çatıb. Sberbankın təhlilinə görə, Rusiya şirkətləri ilin sonuna öz borclarına görə 29 milyard dollar ödəməlidir. Gələn il isə Rusiya şirkətlərinə artıq106 milyard dollar lazım olacaq.

Sizin Reklam Yeriniz