Əlaqə Arxiv
news Image
2014.11.14
09:51
| A A A
Fars körfəzi ölkələri vahid Hərbi-Dəniz Qüvvələri yaradır

Yeni ciddi dəniz təhlükələri Fars körfəzi ölkələrini kollektiv Hərbi-Dəniz Qüvvələri yaratmağa məcbur edir.Movqe.az-ın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasının baş katibi Abdel Lətif əz Zəyyani qurumun müdafiə şurasının Küveytdə keçirilən 13-cü sessiyasında çıxışı zamanı deyib.

Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman və BƏƏ daxildir.

"Bölgənin və, bütövlükdə, dünyanın həyati maraqlarına təsir edən ciddi dəniz təhlükələri Şuraya üzv olan dövlətləri ümumi Hərbi-Dəniz Qüvvələrinin yaradılması daxil olmaqla lazımi tədbirlər görməyə məcbur edir", deyə əz Zəyyani qeyd edib.

Şuraya üzv olan dövlətlər regionun vahid Hərbi-Dəniz Qüvvələrinin yaradılması təşəbbüsünü müzakirə ediblər.

Əz Zəyyaninin sözlərinə görə, körfəz ölkələrinin liderləri təhlükələrə qarşı birgə çıxış etməkdə maraqlı olduqlarını həmişə ifadə edirlər.



Sizin Reklam Yeriniz