Əlaqə Arxiv
news Image
2014.11.14
15:00
| A A A
Azərbaycan XİN: Dünya Miyatoviçin Azərbaycandakı media azadlığı ilə bağlı bəyanatı reallığı əks etdirmir

"ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviçin Azərbaycandakı media azadlığı ilə bağlı bəyanatı reallığı əks etdirmir".



APA-nın məlumatına görə, bunu Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev deyib.


Onun sözlərinə görə, D.Miyatoviçin bəyanatı qərəzlidir: "Azərbaycanda media azadlığı və insan hüquqları yetərincə təmin olunur. Bu bəyanatdakı fikirlər həqiqəti əks etdirmir. Bununla bağlı Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi tərəfindən etirazımız və bu məsələdəki mövqeyimiz Dünya Miyatoviçə çatdıırılıb".


H.Hacıyev həmçinin Azərbaycanın Avropa Şurasının (AŞ) sədri olduğu 6 ay müddətində "sədrlikdən sui-istifadə etdiyinə" dair ittihamları şərh edib: "Azərbaycan Avropa Şurasının sədri olduğu müddətdə 18 beynəlxalq tədbir həyata keçirib. Avropa Şurasının işinin yaxşılaşdırılması ilə bağlı xeyli təkliflərlə çıxış etmişik. Amma bəzi qüvvələr var ki, məqsədyönlü şəkildə başqa təsəvvür yaratmağa çalışır və həqiqətə uyğun olmayan fikirləri yayırlar. Azərbaycan öz sədrlik fəaliyyətini yetərincə şəffaf və düzgün həyata keçirib. Bu və ya digər məsələlərlə də bağlı mövqeyimizi dəfələrlə açıqlamışıq".


Sizin Reklam Yeriniz