Sürücülərə xəbərdarlıq-Sabah son gündür!
Azərbaycanda avtomobillərin pərdə və plyonka ilə
idarə edilməsinə sabahdan qadağa
qoyulacaq. Baş Dövlət Yol Polisi
İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin ANS PRESS-ə
verdiyi məlumata görə, standarta uyğun olaraq noyabrın 15-dən sonra
maşınlarda gündən qoruyan vasitələrdən istifadəyə icazə
verilməyəcək. "Düşünürəm ki, sürücülə
qayda-qanunlara əməl edəcəklər. Artıq günəşli hava olmadığı üçün
indidən sürücülər maşınlarındakı plyonka və pərdələri yığışdıra
bilərlər", - deyə Kamran Əliyev bildirib.
Qurum rəsmisi deyir ki, noyabrın 15-dən sonra hansısa maşında plyonka və pərdə aşkarlanarsa ciddi tədbir görüləcək. Qeyd edək ki, Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.