Əlaqə Arxiv
news Image
2014.11.15
09:32
| A A A
Bu günə olan hava proqnozu
Movqe.az xəbər verir ki,Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.

Cənub küləyi 5-10 m/s, gündüz arabir 14 m/s olacaq.

Temperaturun gecə 8-12° isti, gündüz 14-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındahava əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə duman olacaq.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 4° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq.

Şərq küləyi 3-8 m/s olacaq.

Temperaturun gecə 8-11° isti, gündüz 14-17° isti, dağlarda gecə 1-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Sizin Reklam Yeriniz