Əlaqə Arxiv
news Image
2014.11.15
10:07
| A A A
"Prado" 5 nəfəri xəstəxanalıq etdi

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hadisə noyabrın 14-də, saat 22:30 radələrində Ələt-Astara magistralının 209-cu kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan 42 yaşlı Astara rayon sakiniİmran Qəhrəmanovun idarə etdiyi "Ford" markalı, 01-BO-261 dövlət nömrə nişanlı mikroavtobus Ələt istiqamətində hərəkət edən 47 yaşlı Lənkəran rayon sakiniCanəli Həsənovun idarə etdiyi "Toyota Prado" markalı, 42-BC-002 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin "Ford" markalı mikroavtobusun sürücüsü İmran Qəhrəmanov, sərnişinlərdən 35 yaşlıRövşən Əliyev, 27 yaşlıFərhad Eyvazov, "Toyota Prado" markalı avtomobilin sərnişinləri, 54 yaşlıRəsmiyyə Həsənovavə 56 yaşlıŞamama Rəhimovamüxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin versiya kimi qəzanın "Toyota Prado" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməməsi səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiqi başvermə səbəbi isə təyin olunan ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz