Əlaqə Arxiv
news Image
2014.11.15
18:13
| A A A
Koalisiya təyyarələri İŞİD-ə növbəti aviazərbələr endirib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin təyyarələri "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərini son gün ərzində 35 aviazərbə endirib.

Movqe.az-ın publika.az-a istinadən verdiyi məlumata görə, İŞİD-in Suriyadakı mövqelərinə 19, İraqdakı mövqelərinə isə 16 aviazərbə endirilib.

Daha bir dəfə isə "Əl-Qaidə" terror təşkilatına bağlı "Xorasan" radikal qruplaşması mövqeləri koalisiya güclərinin hədəfi olub.

Xatırladaq ki, Suriyada İŞİD-ə qarşı hava hücumları 23 sentyabr, İraqda isə avqust ayından başlayıb. İŞİD bu ilin yayında Suriya və İraqda ələ keçirdiyi ərazilərdə "Xilafət" elan edib.

Sizin Reklam Yeriniz