Əlaqə Arxiv
news Image
2014.11.15
20:00
| A A A
Prezidentin internetdən istifadə etməsi qadağan olunub

Özbəkistan prezidenti İslam Kərimovun nəvəsi İslam Kərimov maraqlı bir iddia ilə çıxış edib.

Movqe.az-ın publika.az-a istinadən verdiyi məlumata görə, kiçik Kərimov bildirib ki, onun babasına ölkədəki vəziyyət haqqında etibarlı məlumat almağa mane olurlar.

Nəvəsinin sözlərinə görə, respublika başçısının xanımı prezidentin internetdən istifadə etməsinə qarşı dəfələrlə çıxış edib.

"Bir dəfə prezident mənə dedi ki, internetə qoşulmaq istəyirəm, mənə kompüter lazımdır. Mən bunu ona öyrətməyə başladım. Nənə məni çağırdı və söyməyə başladı. Dedi ki, baba hər şey haqqında bilməyə başlayarsa, o halda biz nə edəcəyik? Növbəti dəfə isə gördüm ki, kabel modemdən ayrılıb və mənə əmr etdilər ki, babaya internet işləmədiyini deyim", - nəvə Kərimov bildirib.

Qeyd edək ki, İslam Kərimov 1990-cı illərin əvvəlindən Özbəkistana rəhbərlik edir. O, hazırda üçüncü prezident müddətini yerinə yetirir.

Sizin Reklam Yeriniz