Əlaqə Arxiv
news Image
2014.11.16
11:00
| A A A
Etiraf: "Rusiyaya qarşı etirazlara ABŞ rəhbərlik edir"

Birləşmiş Ştatlar dünyada Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı etirazlara rəhbərlik edir.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliyada Quinslend Universitetində çıxış edən ABŞ prezidenti Barak Obama deyib. Obamanın sözlərinə görə, Rusiya iyul ayında Malayziya Hava Yollarına məxsus MH 17 sərnişin təyyarəsini vurmaqla dünyaya təhlükə olduğunu göstərib.

Xatırladaq ki, iyulda Amsterdamdan Kuala Lumpura uçan təyyarə Ukraynada üsyançıların nəzarətində olan ərazidə vurulmuşdu.

Ukrayna prezident Petro Poroşenko isə bildirib ki, Ukraynanın şərqində vəziyyət Rusiyanın dəstəklədiyi separatçılarla danışıqlar vasitəsilə nizama salınmalıdır. Buna baxmayaraq, Poroşenko dünən deyib ki, əgər atəşkəs razılığı uğursuzluğa düçar olsa, Ukrayna ordusu döyüşmək arzusunda və iqtidarındadır.

Sizin Reklam Yeriniz