Əlaqə Arxiv
news Image
2014.11.16
12:19
| A A A
Bağlamaları pilotsuz təyyarələr çatdıracaq
Dünyanın ən böyük internet-riteyleri "Amazon" Böyük Britaniya ərazisində bağlamaların çatdırılması üçün dronlarını sınaqdan keçirməyə hazırlaşır.

"Business Insider" nəşri yazıb ki, şirkət Kembricin "Evi Technologies" startapını satın aldıqdan iki il sonra uçuş aparatlarının sınağında kömək edə biləcək mühəndis və ekspertlərin axtarışı ilə məşğul olub. Belə sınaqlara hərbi mütəxəssislərin cəlb ediləcəyi istisna deyil.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, sınaqların başlanma tarixi dəqiq məlum deyil.

"Prime Air" adlandırılmış layihə gələcəkdə bağlamaların sifarişinin təsdiqindən 30 dəqiqə sonra onları almağa imkan verəcək. "Amazon"un sürücüsüz təyyarələri 122 metr hündürlükdə uçacaq və çəkisi 25 kq-dan ağır olmayacaq, bu halda bağlamanın maksimal çəkisi 2,3 kq olacaq.

Sizin Reklam Yeriniz