İraqda silahlı hücumlar nəticəsində ölən və yaralananlar var
Movqe.Az BBC-yə istinadən bildirir ki,
İraqın paytaxtı Bağdadın cənubundakı Mahmudiyyə və Madaində
iftardan sonra təşkil edilən 2 silahlı hücumda 17 adam həlak olub.
Rəsmilər ilk hücumun paytaxt Bağdaddan 30 kilometr cənubda yerləşən Mahmudiyyə şəhərində baş verdiyini açıqlayıblar.
Hücumda xəstəxananın da daxil olduğu üç fərqli yer hədəf alınıb. Xəstəxanada gözətçilik edən bir polis məmuru həlak olub.
İlk hücumdan 10 dəqiqə sonra da 20 kilometr uzaqdakı Madaində yol kənarına yerləşdirilmiş 2 bombanın partlaması nəticəsində 6 adamın öldüyü, 15 adamın yaralandığı bildirilib.
İraqın Nəcəf şəhərində daha erkən saatlarda bomba yüklü bir avtomobilin partlaması nəticəsində 23 nəfər yaralanıb.
BBC-nin Bağdad müxbiri Ramı Ruhayəm, Nəcəf istiqamətli hücumun olmasının çaşqınlıq yaratdığını bildirib. Çünki şəhər uzun illərdir dini turizm mərkəzi olması səbəbiylə qorunurdu.