Əlaqə Arxiv
news Image
2014.11.16
14:17
| A A A
Bakıda uşaq xilas olundu

Bakının Qaradağ rayonunda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, məlum olub ki, adıçəkilən rayonda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Sizin Reklam Yeriniz