Əlaqə Arxiv
news Image
2014.11.16
20:00
| A A A
Birmada tələbələr etiraz aksiyası keçirib

Birmanın Yanqon şəhərində tələbələr yeni təhsil qanununa etiraz əlaməti olaraq artıq ikinci gündür nümayiş keçirir.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, bu gün, tələbələr ordu tərəfindən 26 il əvvəl dağıdılan Tələbə Həmkarlar İttifaqı binası qarşısında etirazlarını davam etdirərək "Bizi həbs edin" şüarları səsləndiriblər.

Sonra Yanqon Universitetinin bağlı qapıları qarşısında yenidən yürüş keçirən tələbələr universitetin hasarların üzərindən aşaraq içəri daxil olmağa çalışıb.

Hadisələr Barak Obamanın dünən çıxış etdiyi universitetin kampusunda cərəyan edir.

Sizin Reklam Yeriniz