Əlaqə Arxiv
news Image
2014.11.17
10:00
| A A A
Sürücülərə şad xəbər
Paytaxtda daha bir yolda hərəkət bərpa olunub. Movqe.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski prospekti ilə kəsişməsinə qədər olan hissəsindəki yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.Aparılan təmir işləri yekunlaşıb.Xatırladaq ki, yol noyabrın 14-də bağlanmışdı. Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən başlayaraq Fətəli xan Xoyski prospektinə qədər olan hissəsinin iki günlük tam bağlanmasına səbəb asfalt örtüyünün yenilənməsi və digər təmir işləri olub.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə alternativ olaraq Əhmədbəy Ağaoğlu və Həsənoğlu küçələrindən istifadə etməyi tövsiyə etmişdi.
Sizin Reklam Yeriniz