Əlaqə Arxiv
news Image
2014.11.17
10:45
| A A A
I “Ümumrespublika yaşıllaşdırma” marafonuna qoşulan Suraxanı rayonda ağacəkmə kampaniyası uğurla davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, "İDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də start verilən I "Ümumrespublika yaşıllaşdırma" marafonuna qoşulan Suraxanı rayonunda ağacəkmə kampaniyası uğurla davam edir.Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, rayonun sənaye, səhiyyə, təhsil müəssisələrinin iştirakı ilə rayonda bu layihənin reallaşması istiqamətində növbəti ağacəkmə Qaraçuxur, Hövsan, Əmircan və Zığ qəsəbələrində həyata keçirilmişdir. Ağacəkmədə rayon İcra Hakimiyətinin başçısı İlqar Abbasov, rayonun idarə və müəssisələrində çalışan 400 nəfərdən artıq işçi iştirak etmişdir.

Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə 700 ədəd zeytun və kiparis ağacı, 250 ədəd isə dekorativ ağac kolları əkilmişdir.Tədbirin mütəşəkkil şəkildə keçməsindən aydın hiss olunurdu ki, İDEA İctimai Birliyinin bu nəcib təşəbbüsü hamının və hər kəsin ürəyincədir. Suraxanı rayonunda İDEA İctimai Birliyinin I "Ümumrespublika yaşıllaşdırma" marafonu çərçivəsində ağacəkmə kampaniyası bundan sonra da mütəşəkkil surətdə davam etdiriləcəkdir. "İDEA" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən I "Ümumrespublika yaşıllaşdırma" marafonu çərçivəsində noyabr ayında Suraxanı rayonunda 3 minə yaxın ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Sizin Reklam Yeriniz