Əlaqə Arxiv
news Image
2014.11.17
10:59
| A A A
Suraxanı rayonunda növbəti səyyar görüş keçirilib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.

Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Cari il ərzində 37 səyyar görüş-qəbul keçirilmişdir.

Növbəti səyyar görüş Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 17 saylı evin yanında keçirilmişdir. Sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri məlumat vermişdir ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təzhizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir. İlqar Abbasov sakinlərin diqqətinə çatdırmışdır ki, son illər ərzində rayonda 178 419,0 p.m su, 91 077,0 p.m kanalizasiya, 1 138 712,0 p.m qaz, 33 870,0 p.m istilik, 278 900,0 metr elektrik hava, 1 494 600,0 metr elektrik kabel xətti çəkilmiş, 12 760,0 p.m kanalizasiya kollektoru tikilmiş, 11 575 ədəd elektrik dirəyi quraşdırılmış, 123 ədəd KTM tikilmiş, 69 ədəd KTM quraşdırılmış, 62 ədəd KTM əsaslı təmir olunmuş, 102 ədəd transformator qoyulmuş, 26 ədəd qazanxana tikilmiş, 2 393 466,6 kv.m asfalt örtüyü (qəsəbədaxili küçələrə - 1 384 187,7 kv.m, məhəllədaxili ərazilərə isə - 1 009 278,9 kv.m) salınmış, 23,0 km. yeni magistral, 0,5 km. qəsəbədaxili yollar salınmışdır.

İlqar Abbasov sakinlərin diqqətinə çatdırmışdır ki, cari ildə Abbasqulu Ağa Bakıxanov adına parkda geniş abadlıq işləri həyata keçirilmiş, burada sakinlərinin istirahəti, uşaqların əylənməsi üçün əlverişli şərait yaradılmış, Abbasqulu Ağa Bakıxanovun parkda büstü qoyulmuşdur. Rayon ərazisində 9 yerdə abad məhəllə salınmışdır. Abad məhəllələrdə sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Yeni Günəşli parkının salınması işləri davam etdirilir, Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmirinə dair layihə-smeta sənədləri hazırlanmış və əsaslı təmir işlərinə başlanılmışdır.

Səyyar görüşdə sakinlərdən Həsənov Yusif Cəfər oğlu sənədsiz tikilmiş evlərin sənədləşdirilməsi, Cəfərov Əlikərəm Şahismayıl oğlu Məişət qazının təzyiqinin aşağı olması, Qoçiyev Tələt İsmayıl oğlu , Qəhrəmanlı Rəna Qələndər qızı, Abdullayev Telman Hüseyn oğlu, Tağıyeva Leyla Qədir qızı, Heydərov Vaqif Heydər oğlu küçələrin, məhəllədaxili yolların asfaltlanması, kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı məsələlər qaldırdılar. Sakinlər müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.

Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

Görüşdə 80-a yaxın sakin və RİH başçısı aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

Sizin Reklam Yeriniz