Əlaqə Arxiv
news Image
2014.11.17
17:20
| A A A
10000 şagird müayinədən keçəcək
Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrinin daxili təsərrüfat ehtiyaclarının ödənilməsində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə həmin müəssisələrin direktorlarına 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin (400-600 AZN) ödənilməsi prosesi həyata keçirilib. 

Movqe.az xəbər verir ki, bu sözlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir illik fəaliyyətinə dair yaydığı hesabatda qeyd olunub.  Məktəblərdə fəaliyyət göstərən bufetlərin məktəblərlə müqavilələr bağlaması da yenilikdir. Belə ki, təhsil müəssisəsi ilə imzalanan müqaviləyə əsasən məktəbləri qida məhsulları ilə hüquqi və yaxud fiziki şəxslər təmin edir. Məktəblərlə əməkdaşlıq imkanını əldə etmək üçün operatorlar pul vəsaitlərini BŞTİ–nin bank hesabına, şagirdlərin sayına mütənasib olaraq köçürür və bu vəsaitlər məktəbin maliyyə ehtiyaclarının təmin edilməsinə sərf edilir.

Sağlam təhsillə əlaqədar isə pilot məktəblərdə xüsusi siniflər üçün partalar quraşdırılıb. 10000 şagirdin müayinədən keçirilməsi nəzərdə tutulub. (artıq 2500 şagird ixtisaslaşmış şəxslər tərfindən müayinədən keçib).

100-ə yaxın məktəbin növbəti ildə layihəyə qoşulması üçün hazırlıq işlərinə başlanılıb. "Sağlam təhsil – sağlam millət" layihəsi üzrə 23, 83 nömrəli məktəblərin hərəsində 2 sinif, 214, 114, 26 və 31 (Sumqayıt) nömrəli məktəblərin hər birində isə 3 sinif açılıb.

Sizin Reklam Yeriniz