Əlaqə Arxiv
news Image
2014.11.18
10:15
| A A A
Milli Məclisdə vacib müzakirə

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayacaq. Movqe.az-ın Millli Məclisə istinadla verdiyi məlumata görə, noyabrın 18, 19 və 20-də keçiriləcək iclaslarında dövlət büdcəsi və digər qanun layihələri müzakirə olunacaq. Parlamentin plenar iclaslarının gündəliyinə daxil olan qanun layihələri bunlardır: 

1. "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.

7. "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Sizin Reklam Yeriniz