Əlaqə Arxiv
news Image
2014.11.18
10:27
| A A A
Bakıda universitet yataqxanası uçdu: yaralanan var

Bakı Slavyan Universitetinin Binəqədi rayonu ərazisində yerləşən yataqxanasında uçqun olub.APA-nın məlumatın görə, yataqxananın 4-cü mərtəbəsində döşəmənin uçması nəticəsində bir nəfər xəsarət alıb. Dərnəgül qəsəbəsi Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında yerləşən yataqxanada baş verən uçqun zamanı bir nəfər xəsarət alıb.

Təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsə ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Sizin Reklam Yeriniz