Əlaqə Arxiv
news Image
2014.11.18
12:00
| A A A
BSU-dan yataqxanada uçqunla bağlı-Açıqlama
Bakı Slavyan Universitetindən Binəqədi rayonu ərazisində yerləşən yataqxanasında baş verən uçqunla bağlı açıqlama verilib.Movqe.az-a danışan BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev bildirib ki, yataqxanada uçqun olmayıb: "Hazırda orda təmir gedir. Bir otaqda döşəmədə uçqun olub. Bina bizim balansımızda olsa da, orada bir nəfər belə tələbə qalmır. Hazırda bu yataqxanada məcburi köçkünlər məskunlaşır".

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Binəqədi rayonu ərazisində yerləşən yataqxanasında uçqun olub.APA-nın məlumatın görə, yataqxananın 4-cü mərtəbəsində döşəmənin uçması nəticəsində bir nəfər xəsarət alıb. Dərnəgül qəsəbəsi Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında yerləşən yataqxanada baş verən uçqun zamanı bir nəfər xəsarət alıb. Təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsə ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.



Sizin Reklam Yeriniz