Əlaqə Arxiv
news Image
2014.11.18
13:00
| A A A
Mingəçevirdə 7 gün öncə kanalda batan iki qardaşdan birinin cəsədi tapılıb

Mingəçevirdə 7 gün öncə kanalda batan uşağın cəsədi tapılıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə" daxil olmuş məlumata əsasən, noyabrın 11-də, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalı ərazisində batmış, 2001-ci il təvəllüdlü Əvəzzadə Ömər Hikmət oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, Mingəçevirdə məskunlaşmış Ağdərə rayonundan olan məcburi köçkün 13 yaşlı Əvəzzadə Ömər Hikmət oğlu və onun kiçik qardaşı 11 yaşlı Ülvü Əvəzzadə Yuxarı Qarabağ kanalının kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb. Böyük qardaş Ö. Əvəzzadə kiçik qardaşı Ülvinin suda boğulduğunu görüb və onu xilas etmək üçün kanala atılıb, nəticədə onların ikisi də suda batıb.    

 

Sizin Reklam Yeriniz